SUQORUYUCU MEŞƏLƏR

Suqoruyucu funksiyası daşıyan meşələr. Adətən çay, göl, su anbarı sahillərində qoruyucu zolaqlar şəklində ayırırlar. Suqoruyucu zonaya daxildir. S.m. su hövzələri ərazilərinin mikroiqlimini və hidroloji rejimini yaxşılaşdırır, suyu çirklənmədən qoruyur. Çayların yüksək sululuq dərəcəsini saxlayır, yerüstü axını yeraltı axına çevirərək, yeraltı suların ehtiyatını artırır, çay sahillərini dağılmaqdan mühafizə edir, çaylarda suyun temperaturunu aşağı salır. S.m. respublikamızın düzən (aran) ərazisində xüsusi əhəmiyyətə malik olub oranın iqlimini nizama salır, böyük tarlaqoruyucu rolu olub kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının sabitliyinə və yüksəldilməsinə şərait yaradır, həm də vəhşi heyvanlar və quşlar üçün əvəzedilməz sığınacaqdır.
SUKEÇİRƏN SÜXURLAR
SULARIN KİMYƏVİ TƏRKİBƏ GÖRƏ TƏSNİFATI
OBASTAN VİKİ
Meşələr
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Qoruyucu meşələr
Qoruyucu meşələr öz meliorativ və mühit yaradıcı xüsusiyyətləri ilə müxtəlif obyektləri əlverişsiz təbii və antropogen amillərin təsirindən qoruyan təbii və süni meşələr. Azərbaycan Respublikasının bütün meşələri I-qrupa aid edildiyi üçün qoruyucu meşələr sayılır. Bu meşələr Azərbaycan Nazirlər Sovetinin qərarına əsasən (28 yanvar 1983-cü il, N-47) aşağıdakı qoruyucu kateqoriyalara bölünmüşdür. I-Əsasən su mühafizəedici funksiyalı meşələrə qiymətli ov balıqlarının kürüləmə yerlərini qoruyan qadağan meşə zolaqları aid edilmişdir. II-Əsasən qoruyucu funksiyalı meşələrə dövlət qoruyucu meşə zolaqları (9,6 min ha), dəmir yolları boyunca qoruyucu meşə zolaqları (0,2 min ha), respublika əhəmiyyətli avtomobil yolları boyunca qoruyucu meşə zolaqları (4,1 min ha), xüsusilə qiymətli meşə massivləri (90,3 min ha), ətraf mühitin qorunması üçün mühüm əhəmiyyəti olan yarımsəhra, bozqır, meşəli və azmeşəli dağ rayonlarının sair meşələri (663,5 min ha), aid edilmişdir. III-Əsasən sanitariya-gigiyena və sağlamlaşdırma funksiyalı meşələrə şəhərlərin, digər yaşayış məntəqələrinin və s ənaye müəssisələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri (47 min ha), su təhcizatı mənbələrinin sanitariya mühafizəsi zonalarnının I və II qurşaqlarının meşələri (48,6 min ha), kurortların sanitariya mühafizə dairələrinin meşələri (21,8 min ha) daxil edilmişdir. IV–Xüsusi təyinatlı meşələrə dövlət qoruqlarının meşələri (59,5 min ha) aid edilmişdir. Meşə massivləri və meşə zolaqları şəklində sahələri, torpağı, yolları, yaşayış məntəqələrini, su hövzələrini, kənd təsərrüfatı heyvanlarını və s.-ni təbii amillərin zərərli təsirlərindən qorumaq üçün süni yaradılan meşəliklər. Qoruyucu meşə zolaqları aşağıdakı qruplara bölünür: dövlət qoruyucu meşə zolaqları; tarlaqoruyucu meşə zolaqları (dəmyə v ə suvarılan sahələrdə); yamaclarda sutənzimedicitorpaqqoruyucu meşə zolaqları; yarğan və qobubərkidici meşə zolaqları; yollar boyunca qoruyucu meşə zolaqları: irriqasiya meşə zolaqları və s. Respublikamızda Kür-Araz ovalığında, Gəncə-Qazax düzündə və Lənkəran ovalığında tarlaqoruyucu meşə zolaqları, yollar və kanallar boyu meşə zolaqlarının sahəsi cəmi 15,0 min ha təşkil edir, lakin bu meşəliklər həmin ərazilərdə azlıq təşkil edib öz tarlaqoruyucu, meliorativ və iqlim tənzimedici rolunu lazımi dərəcədə təmin edə bilmir.
Törəmə meşələr
Törəmə meşələr – İnsan fəaliyyətinin və təbii (kortəbii) hadisələrin təsiri ilə dəyişilmiş meşələr. Bu zaman meşəliyin tərkibi, quruluşu, məhsuldarlığı, ilkin meşələrə xas olan meşəbitmə şəraiti və digər xassələri dərindən dəyişir. Törəmə meşələr ağacların təbii əvəz olunması və təsərrüfat tədbirləri nəticəsində (meşə əkini, xidməti və bərpa qırıntıları) öz ilkin vəziyyətinə bərpa olunması intensivliyindən asılı olaraq qısa müddətli, uzunmüddətli və davamlı uzunmüddətli törəmə meşələrə.bölünür. Qısa müddətli törəmə meşələrdə bu proses əsas meşəyaradan ağac cinsinin (edifikatorun) bir nəslinin həyat müddətində Uzunmüddətli törəmə meşələrdə 2–3 nəsil, davamlı uzunmüddətli törəmə meşələrdə isə 3 nəsildən artıq müddətdə başa çatır. Azərbaycan respublikasında ilkin palıd və fıstıq meşlərinin yerinə törəmə vələs, dəmirqara və s. meşəliklər və törəmə kolluqlar geniş sahə tutur.
Qarışıq meşələr zonası
Qarışıq meşələr zonası — mülayim qurşaqda qarışıq iynəyarpaqlı və enliyarpaqlı meşələrin ərazisi. Bu meşələr ən çox mərkəzi Çin və Şimali Amerikanın şərqində yayılsa da, Qafqaz, Himalay, Cənubi Avropa və Rusiyanın Uzaq Şərqində də yayılmışdır.
Rütubətli ekvatorial meşələr
Ekvatorial meşələr (Cəngəlliklər) — Ekvatorial və subekvatorial qurşaqlarda yerləşən həmişəyaşıl, enliyarpaqlı meşə zonasıdır. Burada hava daim isti və yağışlıdır. Temperatur və fəsillər dəyişmədiyi üçün ağaclar yarpaqlarını tökdükcə yeniləri əmələ gəlir. Buna görə də belə meşələr həmişəyaşıldır. Ekvatorial meşələrdə ağaclar olduqca hündür, iriyarpaqlı və sıx olur. İçəri gün düşmədiyindən bura daim qaranlıq və səssizdir. Rütubətliliyin və yağıntının bolluğundan meşədə gölməçələr yaranır. Buna görə də meşə sakinləri əsasən ağacda yaşayır. Ekvatorial meşələr çox yarusludur (mərtəbəlidir). Yaruslar arası ilə lianlar sarmaşaraq "tor" əmələ gətirir və içəri günəş işığının düşməsinin qarşısını alır.
Tarim hövzəsində yarpaqlı meşələr və çöl
Tarım hövzəsi yarpaqlı meşələr və çöl Qərbi Çinin Sincan Uyğur Muxtar Bölgəsində mülayim enli və qarışıq meşələr eko bölgəsidir. Ekoloji bölgəyə, əksinə quraq bir bölgədə bölgənin çayları tərəfindən davamlı yarpaqlı sahil meşələri və çöllər daxildir. Tarım hövzəsi Çinin ən qərbində yerləşən səhra hövzəsidir. Hövzə yüksək dağlarla əhatə olunmuşdur - cənubda Tibet yaylası, şimal kənarını təşkil edən Kunlun dağları ; qərbdə Pamir dağları; şimalda Tyan-Şan ilə. Hövzə qurudur, lakin ətraf dağlarda xeyli yağış və qar yağır. Çaylar hövzəyə dağlardan, o cümlədən qərbdəki Kunlun dağlarını qurudan, şimala doğru axan Hotan çayı, Pamiri axıdan Yarkənd çayı və qərb Tian Şan dağlarından axıdılan Aksu çayı daxil olur. Bu çaylar şimal və şərq hövzəsi boyunca bir qövs içində 1300 km axan Tarım çayını əmələ gətirir. Konqque çayı mərkəzi Tyan-Şandan cənub-şərqə axır. Aşağı Tarım çayı cənub- şərq hövzəsindəki Taitema gölünə cənub-şərqdən, Kongque isə şərqdən Lobnora tökülür. Qarqan çayı mərkəzi Kunlun dağlarında qalxır və eyni zamanda şimal-şərqə doğru Taitema gölünə tökülür.